25 C
Baku
27 İyul 2024, 4:54
Baş xəbərSosial

“Bu gün Tv”nin jurnalisti Mehriban Bəylərqızı Türkiyədə mükafatlandırıldı

Bugun.tv xəbər verir ki, televiziyamızın əməkdaşı, jurnalist Mehriban Bəylərqızı Türkiyədə təşkil olunan tədbirdə mükafatlandırılıb.

“Usuboğlu Qrup Şirkətinin İdarə Heyətinin sədri Samiral Usuboğlunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı Xüsusi Qala Gecəsi və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan mərasim keçirildi. Tədbir öncə iki ölkənin himni və şəhidlərin ruhunun yad edilməsi ilı başladı. Buket Sevinç Aykın və Xanlar Mehdiyevin xüsusi açılış nitqi oldu. Sonra Türkiyə Cümhuriyyətinin 100 illiyi və Heydər Əliyevin həyatından bəhs edən xüsusi videoçarxlar və canlı şoular nümayiş etdirildi”. Bu barədə Mehriban Bəylərqızı məlumat verib. Onun sözlərinə görə daha sonra mükafatlandırma mərasimi keçirilib.

Türkiyə Cümhuriyyətinin və ulu öndər H.Əliyevin 100 illiyi keçirilib
Türkiyə Cümhuriyyətinin və ulu öndər H.Əliyevin 100 illiyi keçirilib

İki dövlət, bir millət, Azərbaycan və Türkiyəyə həsr olunan tədbirdə ictimai-siyasi xadimlər, xüsusilə iş dünyasından sahibkarlar, incəsənət adamları, yazıçılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media mənsubları iştirak ediblər.
Mərasimdə, həmçinin Serbiyanın regional inkişaf naziri Edin Djerlek, şəhid general Polat Haşımovanın anası Səmayə Həşimov, azərbaycanlı millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva, Azərbaycan Diaspora Komitəsinin müavin Valeh Hacıyev, TADEF-in prezidenti Pərviz Məmmədzadə, TAMEV sədri Nuray Malçak, Türkiyə Mərkəzi Bankının şura üzvü Elif Hobikoğlu, “Cahide Palazzo”nun təsisçisi Türkan Şerbetçi, həmçinin Monik İpekel, Seval Baxçıvan, Ebru Kain, Hüseyin Ötegen, İnci Yılmaz, Aslıhan Sabancı, Esin Dəmirören, Əminə Özilhan, Jale Öztarhan, Nesrin İlter, Canan İmer, Semra Tümay, Adalet İnanç, Nesrin Durukan, Eyüp Akbal və Neşe Gönül kimi məşhurlar da qatılıblar.

Türkiyədə tədbir keçirilib
Mehriban Bəylərqızı mükafatlandırıldı

Gecə boyu təşkil edilən xüsusi mükafatlandırma mərasimində Usuboğlu Qrup Şirkətinin uzunmüddətli işçiləri, iş ortaqları və sənayenin qabaqcıl adları xüsusi mükafatlarla təltif edilib. “Biz bu gecə yalnız şirkətimizin keçmiş uğurlarına deyil, həm də sabaha olan inamına, əzminə diqqət yetirdik. Cümhuriyyətimiz, Azərbaycan və Türk Dünyası üçün mühüm yeri olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini anmaq, gələcəyə ümidlə baxmaq bənzərsiz bir təcrübə oldu”, – şirkətin sədri Samiral Usuboğlu belə deyib.

Samiral Usuboğlu

Tədbir musiqi nömrələri, bədii şoular və ləziz təamlarla tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Qonaqlar xüsusi hazırlanmış dekorasiyaların müşayiəti ilə gecədən zövq alıblar.

İntizar Əmirova

Oxşar xəbərlər

Yük maşını ilə minik avtomobili toqquşub: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

İntizar Əmirova

Zelenski əsgərlərə qarşı edilən vəhşiliyə reaksiya verdi

Aynur Camal

“Türkiyə və Suriyadakı insanlar üçün birlikdə”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu