Baş xəbərSiyasət

“Bu il Ermənistana sonuncu şans kimi tanınıb”

“Azərbaycan daim regionda sülhün olmasında öz maraqlarını  ehtiva edib. Eyni zamanda, dövlətimiz regionda hansısa qarşıdurmaların bütün bölgəyə ziyan verəcəyini dəfələrlə vurğulayıb”.

Bunu Bugun.tv -yə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib. Analitik vurğulayıb ki, Azərbaycan dünyaya çox yaxşı örnək göstərərək, öz torpaqlarını işğaldan azad edib:

“Azərbaycan bundan sonra Cənubi Qafqazın və bütün regionun sabitliyi üçün bölgədə sülh və etimadın formalaşmalı olduğunu vurğulayıb. Təəssüflər olsun ki, bu gün Ermənistan və Ermənistandan Türkiyəyə və Azərbaycana təsir vasitəçisi kimi istifadə etməyə çalışan qüvvələr bölgədə gərginliyin olmasında maraqlıdırlar. Ermənistanı növbəti dəfə müharibəyə təhrik etməyə çalışırlar. Hər halda Azərbaycan prezidenti sonuncu  yerli televiziyalara müsahibəsində sülh üçün Ermənistana sonuncu olaraq bu ili vaxt kimi göstəribdir. Ermənistanın sonuncu şansı bu ildir. Əgər bu il ərzində sülhə razı olmasa və prosesi gələn ilə uzatsa, bu növbəti dəfə Ermənistanın hərbi mənada cəzalandırılmasına səbəb olacaq”.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Milli maraqlar şəxsi ambisiyalara qurban verilməməlidir

Aynur Camal

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu