25 C
Baku
24 Sentyabr 2026, 22:12
Dünya

Bu il isti hava səbəbindən 600-dən çox insan öldü

Bugun.tv xəbər verir ki, İsveçrə Federal Statistika İdarəsi (FSO) bu yay ölkədə müşahidə olunan isti hava dalğaları səbəbindən 600-dən çox insanın həyatını itirdiyini açıqlayıb.

FSO həftəlik ölüm göstəriciləri ilə bağlı hesabatını yayıb.

Hesabatda temperatur göstəricilərinin qeydə alınmağa başladığı 1864-cü ildən bəri ən isti yayın bu il yaşandığı və bunun ciddi nəticələrə səbəb olduğu bildirilib.

“Bu yay yaşanan isti hava dalğaları İsveçrədə 600-dən çox insanın ölümünə səbəb olub”, – deyə hesabatda qeyd edilib. İtkilərin iyun-sentyabr aylarında qeydə alındığı bildirilib.

Hesabatda iyunun sonunda baş verən ilk isti hava dalğasının ən ölümcül olduğu vurğulanıb. Bildirilib ki, isti hava 65 yaşdan aşağı şəxslərə də təsir göstərib.

İkinci isti hava dalğası zamanı 65 yaşdan aşağı insanlar arasında ölüm hallarının normal göstəricidən əhəmiyyətli dərəcədə çox olduğu qeyd edilib.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Bioloq uzunömürlülüyün əsas amillərini açıqladı

Aynur Camal

AB Ukraynaya 3 milyard avroya yaxın yeni ödənişi təsdiqlədi

Aynur Camal

Nyu-York Polymarket-ə qarşı məhkəmə iddiası qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu