süni intellekt, moda sənayesi, onlayn alış-veriş, Zalando, rəqəmsal ticarət, moda texnologiyaları, müştəri təcrübəsi, eShow Madrid
Dünya

Süni intellekt moda və alış-veriş dünyasını dəyişir: alıcılar artıq mağazalarla danışırmış kimi seçim edirlər

Bugun.tv xəbər verir ki, süni intellekt moda sənayesində yalnız dizayn və reklam vasitəsi deyil, həm də müştərilərin alış-veriş vərdişlərini dəyişdirən texnologiyaya çevrilir. Bu tendensiya Madriddə noyabrın 4–5-də keçirilən eShow rəqəmsal ticarət tədbirində müzakirə olunub.

FashionUnited nəşrinin yazdığına görə, Zalando, Coosy, Loewe və digər moda şirkətlərinin nümayəndələri süni intellektin onlayn satış, müştəri xidməti və məhsul seçiminə təsirindən danışıblar.

Ən diqqətçəkən dəyişiklik alıcıların məhsulları axtarma üsulundadır. İnsanlar artıq yalnız “qırmızı don” və ya “yay ayaqqabısı” kimi sözlər yazmaqla kifayətlənmir, süni intellektə konkret tədbirə, mövsümə və şəxsi zövqə uyğun geyim seçmək üçün suallar verirlər.

Zalandonun Cənubi Avropa üzrə rəhbəri Eloisa Sikalrinin sözlərinə görə, şirkətin süni intellekt köməkçisi 2026-cı ildə indiyədək 22 milyondan çox ziyarət alıb. İstifadəçilər söhbət zamanı orta hesabla iki sual verir və ənənəvi axtarışla müqayisədə saytda üç dəfə çox vaxt keçirirlər.

Bununla belə, moda şirkətləri vurğulayırlar ki, texnologiya insan yaradıcılığını və brendin özünəməxsusluğunu əvəz etməməlidir.

Mənbə: FashionUnited

Aynur Camal

Oxşar xəbərlər

İtaliya, Şotlandiya və Şimali İrlandiyada minlərlə məktəbə bomba təhdidi göndərilib

Aynur Camal

Ərdoğan COP31-də Qəzzadakı müharibəni “ekosid” adlandırdı

Aynur Camal

Rusiya və Ukrayna paytaxtlarına qarşılıqlı hücumlar həyata keçirib – ABŞ nümayəndələri Moskvaya getdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu