25 C
Baku
27 İyul 2024, 4:33
Dünya

“Biz bu fırtınaları ancaq beş və ya 10 ildən bir görə bilərik”

Bugün.tv xəbər verir ki, Kanadada təsirli olacağı gözlənilən qış fırtınası başlayıb. Milli Meteoroloji Xidmət ölkənin Ontario və Kvebek əyalətləri üçün şiddətli qış fırtınası xəbərdarlığı edib. Güclü külək, qar yağması və donma təhlükəsi barədə xəbərdarlıq edib. Kanadanın bəzi bölgələrində güclü qar, yağış və  külək gözlənildiyi halda, bəzi bölgələrdə dondurucu temperaturun müşahidə oluna biləcəyi bildirilir. Kanadanın Ontario və Kvebek əyalətlərində fırtına səbəbindən təlimlər dayandırılıb. Dövlət qurumları fırtına səbəbiylə baş verə biləcək elektrik kəsintiləri ilə bağlı xəbərdarlıq ediblər. Meteoroloq Mitch Meredith, “Biz bu fırtınaları ancaq beş və ya 10 ildən bir görə bilərik. Son 20 ildə yalnız bir neçə belə fırtına görmüşəm. ”

Kanadanın ən böyük əyaləti Ontarioda turizm mərkəzlərindən biri sayılan Niaqara və Kinqston kimi bölgələrdə və bir çox bölgələrdə sürəti saatda 110 kilometrə çatan küləklərlə cəmi 20-30 santimetr qar yağacağı gözlənilir. Kvebek əyalətinin bəzi bölgələr üçün bu rəqəm 50 santimetr olduğu təxmin edilir.

İHA

Sevinc Sadıqova

Oxşar xəbərlər

Uşaq bağçasına hücum olundu, 4 nəfər öldü

Aynur Camal

Hindistandan ABŞ-a uçan təyyarə nə üçün Rusiyaya endi?

Kəmalə Sultan

Ukraynadakı son vəziyyət

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu