12 C
Baku
25 Aprel 2025, 6:27
Baş xəbərİqtisadiyyat

Bu ilin 10 ayı ərzində 1 milyon 723 min xarici Azərbaycana səfər edib

“2023-cü ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq Avropadan gələnlərin sayındakı artım davam edib. Belə ki, həmin dövrdə ölkəmizə gələn tursitlərin sayı 30.3 faiz artasa da Avropalı ziyarətçilərin sayında artım 41.9 faiz olub. Həmin müddətdə 1 milyon 723 min xarici Azərbaycana səfər edib”.

Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial mediadakı hesabında paylaşıb. O bildirb ki, körfəz ölkələrindən gələnlərin sayında azalma davam edib. 2023-cü ilin ilk 10 ayında Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb.

“Ən çox artım 3 Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq 692,6 min nəfərə çatıb. Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”, – deyə, millət vəkili V.Bayramov əlavə edib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Dilan Polat “intihar edəcəm, Engin”! Həbsxana rəhbərliyi Dilan Polat üçün nə etdi…

Aynur Camal

Batan gəmidən tapılan maşın hər kəsi şoka saldı

Aynur Camal

300 uşağın şəxsiyyəti naməlumdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu