20 C
Baku
11 Oktyabr 2024, 10:01
Baş xəbərDünya

Bu ölkədə də şagirdlərə məktəbdə telefondan istifadə etmək qadağan edildi

ABŞ-ın Kaliforniya ştatının məktəbləri qəbul edilən yeni qanun sayəsində şagirdlərin smartfonlardan istifadəsini qadağan edən və müəyyən hallarda onları məhdudlaşdıran qaydaları tətbiq edəcək.

Gənc uşaqlar arasında adi hala çevrilən ekran asılılığı oxuma və öyrənmə bacarıqlarının ciddi şəkildə azalmasına, diqqət pozğunluğuna səbəb olur.

Məktəblərdə telefon istifadəsinə icazə verilməsi ilə gənc şagirdlərin ekrana aludə olması məktəb həyatına mənfi təsir göstərir.

ABŞ-ın Kaliforniya ştatında bu vəziyyətlə bağlı yeni qərar qəbul edilib.

Qubernator Gavin Newsom tərəfindən imzalanan yeni qanuna əsasən, ştatdakı məktəblər tələbələrin smartfon istifadəsini məhdudlaşdıran qaydaları tətbiq etməli olacaqlar.

Qanun məktəb şuralarından 2026-cı il iyulun 1-dək tələbələrin smartfon istifadəsini kampuslarda və ya məktəblərdə müəyyən vəziyyətlərdə qadağan edən və ya məhdudlaşdıran qaydalar tətbiq etməyi tələb edir.

Qanun həm də sinifdə diqqəti yayındıran amilləri və sosial medianın uşaqların psixi sağlamlığına təsirini minimuma endirməyi hədəfləyir.

Newsom mövzu ilə bağlı verdiyi açıqlamada, “Yeni qanun tələbələrin məktəbdə olarkən ekranlara deyil, akademik işlərinə, sosial inkişaflarına və dünyaya diqqət etmələrinə kömək edəcək” deyib.

Florida, Luiziana və İndiana da daxil olmaqla bir çox ştatlar daha əvvəl şagirdlərin məktəbdə telefon istifadəsini məhdudlaşdıran qanunlar qəbul ediblər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyadan qayıdır

Bugün TV

“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi

Aynur Camal

Danimarka Qurani-Kərimə hücumlardan sonra sərhəd nəzarətini gücləndirib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu