13 C
Baku
8 Noyabr 2024, 23:24
Baş xəbərHadisə

Bu ölkədə istilər səbəbilə işləmək qadağan edildi

Bugun.tv xəbər verir ki, Şimali Kipr Türk Respublikasında isti hava şəraiti ilə əlaqədar 17-21 iyul tarixlərində müəyyən saatlarda açıq havada günəş altında işləmək qadağan edildi.

Belə ki, ölkənin bir çox bölgələrində həddindən artıq istilər vətəndaşlara çətin anlar yaşadır. Buna görə də, Şimali Kipr Türk Cümhuriyyətində belə bir qərar qəul olunub.

Kipr Türk Agentliyinin (TAK) xəbərinə görə, Əmək və Sosial Müdafiə Nazirliyinin verdiyi qadağa qərarı dünən rəsmi qəzetlərdə dərc edilib.

Meteorologiya Departamentinin havanın temperaturu ilə bağlı proqnozlarına əsasən, nazirlik günəş altında işləyən işçilərin sağlamlığının qorunması məqsədilə iyulun 17-dən iyulun 21-dək saat 12.00-dan 16.00-dək açıq havada işləməyi qadağan edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Təyyarənin tualetində halı pisləşən pilot öldü

Bugün TV

London: “Biz həmişə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq”

Aynur Camal

Aİ tərəfdarı Maia Sandu Moldovada qalib gəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu