25 C
Baku
27 İyul 2024, 4:24
Baş xəbər

“Bugün tv Media Qurumu”u 2 yaşını qeyd edib  

Azərbaycanın ictimai, siyasi, mədəni, xüsusilə  sosial həyatında  baş verən hadisələri izləyiciyə operativ, qərəzsiz və vətəndaş-dövlət maraqları qorunaraq çatdırmağı qarşısına məqsəd qoyan . “Bugün tv Media Qurumu”u 2 yaşını qeyd edib.

Bugün tv-nin 2 yaşı oldu
Bugün tv-nin 2 yaşı oldu

Bu barədə televiziyanın rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva məlumat verib. Onun sözlərinə görə, Bugun.tv Media Tədris Mərkəzinin tələbələrinin dəstəyi ilə ərsəyə gəlib və fəliyyətini uğurla davam etdirir. “Dünyada baş verən maraqlı informasiyaları, xüsusilə Azərbaycanın bir dövlət, azərbaycanlıların bir vətəndaş olaraq maddi və mənəvi maraqlarına xidmət edən xəbərlərin izləyicilərə çatdırılması əsas qayələrimizdən biridir. Bundan başqa, saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet resursumuzda kontaklarımız vasitəsilə sizlərdən bizə göndərilən bütün xəbər xarakterli videolar, şikayətlər “Media haqqında” Qanun və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq yayımlanır. Media subyektimiz siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq xəbər yayır”, – E.Dərziyeva bildirib.

Bugun.tv-2
Bugun.tv-2

Onu da deyək ki, Bugun.tv ötən il Media Agentliyində qeydiyyatdan keçib. Həm informasiya agentliyi, həm də  İnternet televiziyası kimi fəaliyyət göstərir. Qurumun rəhbəri yaxın zamanlarda çox maraqlı televiziya layihələri ilə gündəm olacaqlarını da xüsusi vurğulayıb.

Bugünçülər
Bugünçülər

Odur ki, bizi izləməkdə davam edin.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

312 kilo narkotik ələ keçirildi

Kəmalə Sultan

Astronomlar kainatın yeni xəritəsini yaradıblar

Elnarə Dərziyeva

Yeşilyurt Bələdiyyəsinə edilən usulsüzlük istintaqında 7 həbs olundu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu