Mədəniyyət

Bulqakovun “Usta və Marqarita” əsəri səhnəyə qayıtdı – tamaşalar noyabrın 23-dək davam edəcək

Bugun.tv xəbər verir ki, Yaponiyanın paytaxtı Tokiodakı Yeni Milli Teatrda rus yazıçısı Mixail Bulqakovun dünya ədəbiyyatının məşhur nümunələrindən sayılan “Usta və Marqarita” romanı əsasında hazırlanan tamaşa nümayiş etdirilir.

Noyabrın 7-də premyerası keçirilən səhnə əsəri ayın 23-dək davam edəcək. Tamaşanın quruluşçu rejissoru Satoşi Kamimuradır. Əsər britaniyalı dramaturq Edvard Kempin səhnə uyğunlaşdırması əsasında hazırlanıb. Bu versiyada romanın əsas qəhrəmanı olan Usta yazıçı deyil, dramaturq kimi təqdim olunur.

Fantastika, zaman səyahəti, məhəbbət, mənəvi seçim və incəsənətin ölməzliyi kimi mövzuları birləşdirən roman sovet dövründə senzura ilə üzləşib. Əsər ilk dəfə 1966-cı ildə ixtisarla, tam variantı isə 1973-cü ildə nəşr olunub.

Yeni Milli Teatrın məlumatına görə, tamaşa təxminən 3 saat 30 dəqiqə davam edir və yapon dilində, ingiliscə subtitrlər olmadan təqdim edilir. Noyabr proqramına ümumilikdə 15 nümayiş daxildir.

Mənbə: japantimes.co

Aynur Camal

Oxşar xəbərlər

Roma rejissorlar cəmiyyətdəki ayrı-seçkiliyə filmləri ilə etiraz edirlər

Aynur Camal

81 yaşlı yazıçı Buker mükafatını qazanaraq tarixə düşdü

Aynur Camal

Rəhim Babayev “Zəfər Günü” – beynəlxalq rəqs müsabiqəsində üç birincilik qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu