Antarktida, buzların altında həyat, aysberq, dəniz canlıları, okean tədqiqatları, dəniz ekosistemi, iqlim dəyişiklikləri, elmi kəşflər
Dünya

Buzların altında gizlənən zəngin canlı aləm aşkarlandı

Bugun.tv xəbər verir ki, Antarktidada nəhəng buz parçasının qopmasından sonra alimlər uzun müddət buz örtüyü altında qalmış dəniz dibində zəngin canlı aləmi aşkar ediblər. Tədqiqat zamanı dəniz süngərləri, nəhəng dəniz hörümçəkləri, balıqlar, səkkizayaqlılar, mərcanlar və müxtəlif meduzalar müşahidə olunub.

“National Geographic” nəşrinin məlumatına görə, 2025-ci il yanvarın 13-də Antarktidanın Corc VI buz şelfindən Çikaqo şəhərinin ölçüsünə yaxın nəhəng aysberq qopub. Bu hadisə dəniz dibinin təxminən 541 kvadratkilometrə yaxın sahəsini üzə çıxarıb.

Buzların altında onilliklərdir mövcud olan həyat

Şmidt Okean İnstitutunun Falkor (too) tədqiqat gəmisində çalışan alimlər yeni açılan ərazini sualtı robotların köməyi ilə araşdırıblar. Gözləniləndən daha zəngin və rəngarəng ekosistemlə qarşılaşan tədqiqatçılar müxtəlif canlı növlərinin bu sərt şəraitdə yaşamasına təəccübləniblər.

Bəzi dəniz süngərlərinin ölçüsü onların burada onilliklər, hətta əsrlər boyu yaşaya biləcəyini göstərir. Çünki bu canlılar çox yavaş böyüyür.

Alimləri düşündürən əsas suallardan biri isə günəş işığının çatmadığı bu ərazidə canlıların qida maddələrini haradan əldə etməsidir. İlkin ehtimallara görə, okean axınları və buzlaqların əriməsi nəticəsində yaranan sular qida maddələrinin dəniz dibinə daşınmasında rol oynaya bilər.

Tədqiqatın davam etdirilməsi Antarktidanın buz örtüyü altında mövcud olan ekosistemlərin necə yaşadığını və iqlim dəyişikliklərinə necə reaksiya verdiyini daha yaxşı anlamağa kömək edə bilər.

Mənbə: National Geographic

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu