Baş xəbərSosial

“Cəmiyyətdə əlilliyi olan şəxslərə göstərilən səhv davranışlara qarşı birgə mübarizə aparmalıyıq”

Bugun.tv xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Qusar şəhərində təlim təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində dövlət müəssisələrində çalışan işçilər üçün keçirilən tədbirin əsas mövzusu qadınlara qarşı zorakılıq olub.

Təlimi Etika Akademiyasının direktoru, təlimçi Günel İbrahim keçib. O bildirib ki, təlimin təşkilində məqsəd dövlətin, vətəndaş cəmiyyətinin və özəl qurumların iştirakı ilə ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara münasibəti dəyişdirmək, onların rastlaşdığı zorakılıq hallarının qarşısını almaq, bu şəxslərin dövlət qurumlarına əlçatanlığını təmin etməkdir.Çıxış edən G.İbrahim dövlət müəssisələrinin işçiləri və xidmət personalı üçün sağlamlıq imkanları məhdud qadın və qızlarla peşəkar ünsiyyət üzrə treninqlərin mahiyyətini izah edib. Eyni zamanda əlilliyi olan şəxslərlə etik davranışların necə qurulması, sağlamlıq imkanları məhdud qadın və qızlara diqqətin göstərilməsi ilə bağlı praktiki tövsiyələr verib. Həssas qrupdan olanların ailə üzvləri üçün faydalı ola biləcək müxtəlif dövlət xidmətləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Ümumilikdə, təlim aşağıdakı mövzuları əhatə edib:

Birgə yaşamaq mədəniyyət;  

Etik davranıış qaydaları;

Əlilliyi olan qadınlarla davranış etikası;

Öhdəliklərimiz;

Beyin kodları

İctimaiyyətin vəzifəsi

Tədbirdə, ümumilikdə, 28 nəfər iştirak edib.

Qeyd edək ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin həyata keçirdiyi “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması” layihəsi BMT-nin Qadınlara Qarşı Zorakılıqla Mübarizə Etimad Fondunun (The UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə gerçəkləşdirilir.

 Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

61 nizamsız immiqrant yük maşınının qoşqusundan çıxdı

Kəmalə Sultan

İran və Misir prezidentləri Qəzzadakı vəziyyəti müzakirə etdilər

Aynur Camal

Hər gün qəhvə içənlərə şad xəbər.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu