Dünya

Cənubi Koreya Milli Muzeyinin rəhbəri yanlış təqdim olunan əsərə görə istefa verir

Bugun.tv xəbər verir ki, Cənubi Koreya Milli Muzeyinin direktoru Yu Hon-cun muzeydə yanlış məlumatla təqdim olunan tarixi əsərlə bağlı yaranmış qalmaqaldan sonra istefa vermək qərarına gəlib. “TRT Haber”in Anadolu Agentliyinə istinadən yaydığı məlumata görə, əsərin kimə məxsus olması barədə yanlış məlumat ictimai müzakirələrə səbəb olub.

Məlumata əsasən, Yaponiya 1910–1945-ci illərdə Koreyanı müstəmləkə kimi idarə etdiyi dövrdə yaponlarla əməkdaşlıq etmiş bir fəalın yazdığı xəttatlıq əsəri Koreyanın müstəqilliyi uğrunda mübarizə aparmış şəxsin işi kimi təqdim edilib. Sonradan əsərin muzey direktorunun şəxsi kolleksiyasına aid olduğu da məlum olub.

Tənqidlərdən sonra əsər sərgidən götürülüb. Yu Hon-cun yazılı açıqlamasında muzeyə olan ictimai etimadın bərpası üçün vəzifəsindən ayrılmaq niyyətində olduğunu bildirib və məsuliyyəti üzərinə götürüb.

O, ziyarətçilərdən, müstəqillik fəalının yaxınlarından və muzey əməkdaşlarından üzr istəyib. Direktor daha əvvəl parlamentdə də məsələ ilə bağlı üzrxahlıq etmişdi.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ müdafiə naziri: Ukraynaya münasibətimiz dəyişməyib

Aynur Camal

OpenAI modellərinin təhlükəsizlik nəzarətini söndürdüyü bildirilir

Aynur Camal

Trampın jurnalistləri Ağ Evdən çıxarmaq istədiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu