DünyaSiyasət

Cənubi Koreya: “Şimali Koreya-Rusiya hərbi əməkdaşlığı qeyri-qanuni və ədalətsizdir”

Bugun.tv xəbər verir ki, Cənubi Koreya Prezidenti Yoon Suk Yeol Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın qanunsuz və ədalətsiz olduğunu bəyan edib və beynəlxalq ictimaiyyətin buna qarşı daha möhkəm birləşəcəyini bildirib.

“Associated Press”ə danışan Yoon Şimali Koreya-Rusiya əməkdaşlığı və ABŞ-ın Nyu-York şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası danışıqları ilə bağlı qiymətləndirmələr edib.

Şimali Koreya-Rusiya hərbi əməkdaşlığının Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qərarlarına və digər beynəlxalq sanksiyalara zidd olduğunu vurğulayıb.

Yoon bəyan edib ki, Pxenyan administrasiyası hər hansı nüvə silahından istifadə etməyə cəhd edərsə, ABŞ və Cənubi Koreya rejimin sonunu gətirəcək sürətli, sarsıdıcı və qətiyyətli cavab verəcəklər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Netanyahu Trampın Qəzzə planını “qeyri-məqbul” adlandırdı

Aynur Camal

İran Hormuz boğazının açılmasını ABŞ-dan güzəştlərə bağladı

Aynur Camal

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu