Digər

Cənubi Koreya vətəndaşı Rusiyada casusluğa görə həbs edildi

Bugun.tv xəbər verir ki, Rusiyada casusluq ittihamı ilə saxlanılan ilk Cənubi Koreya vətəndaşı Vladivostokdan Moskvaya aparılıb. Hüquq-mühafizə orqanlarındakı mənbə TASS-a bildirib.

“Casusluq işinin araşdırılması zamanı Cənubi Koreya vətəndaşı Baek Von-soon müəyyən edilərək Vladivostokda saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib. O, əlavə istintaq üçün Vladivostokdan Moskvaya aparılıb”, – mənbə bildirib.

Cənubi Koreya vətəndaşı bu ilin əvvəlində Vladivostokda saxlanılıb. Fevralın sonunda Moskvaya köçürülüb. O, hazırda Lefortovo təcridxanasında saxlanılır. Bazar ertəsi Lefortovski Məhkəməsi onun həbsini 3 ay, iyunun 15-dək uzadıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Baek Von-soon məxfi məlumatları xarici kəşfiyyat orqanlarına təhvil verirdi. Əcnəbinin cinayət işinin materiallarına “tam məxfi” damğası vurulub.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu