7 C
Baku
21 Dekabr 2025, 3:08
Digər

Cammu və Kəşmirdə daşqınlar nəticəsində azı 30 nəfər həyatını itirdi

Bugun.tv “Hindustan Times” nəşrinə istinadla xəbər verir ki, yağışlar ərazidəki infrastruktura da ciddi zərər verib, körpülər dağılıb, elektrik dirəkləri aşıb və telekommunikasiya xətləri sıradan çıxıb. Eyni zamanda, dəmir yolu və avtomobil nəqliyyatının işində də problemlər yaranıb, bəzi yollar bağlanıb, qatar reysləri dayandırılıb. Xilasetmə əməliyyatları zamanı 3500 sakin təhlükəsiz yerlərə təxliyə edilib. Cənubi Asiya regionunda davam edən musson yağışları Hindistan, Pakistan və digər ölkələrdə ciddi fəsadlar yaradıb. Pakistanda son 30 gün ərzində sel və daşqınlar nəticəsində 800-dən artıq insan, Hindistanın Himaçal Pradeş əyalətində isə təqribən 300 nəfər həyatını itirib.

Bugün TV

Oxşar xəbərlər

Tramp: Avropa liderləri zəifdirlər, çox danışırlar, amma heç nəyə nail ola bilmirlər

Aynur Camal

Xüsusi qoxu psixi sağlamlığa müsbət təsir göstərə bilər

Bugün TV

Yol çökdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu