14 C
Baku
17 Aprel 2026, 23:06
Digər

Britaniya şirkətləri Aİ-yə ərzaq ixracı üçün 65 milyon funt sterlinqə qədər vəsait xərcləyib

Bugun.tv “Guardian”a istinadla xəbər verir ki, hökumət ötən il 328 min 727 belə lisenziya təqdim edib. Hər bir lisenziyanın qiyməti 113–200 funt arasında dəyişib ki, bu da biznes üçün ümumilikdə 37-65 milyon funt arası xərc deməkdir. Nazirlər Kabinetində Avropa ilə danışıqlara cavabdeh olan nazir Nik Tomas Simonds bu xərclərin 18 ay ərzində imzalanacaq yeni razılaşma çərçivəsində aradan qaldırılacağını bəyan edib. Xatırladaq ki, Baş nazir Kir Starmer may ayında Aİ ilə yeni razılaşma əldə olunduğunu açıqlayıb. Bu razılaşmaya kənd təsərrüfatı və ərzaq məhsullarının ticarətini əhatə edən xüsusi sazişlər də daxildir.

Bugün TV

Oxşar xəbərlər

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Aynur Camal

Hindistan Rusiyaya 3 minə qədər əsgər göndərə biləcək – yeni hərbi razılaşma

Aynur Camal

Avropada hökumətlər dövlət işçilərinin WhatsApp və Signal istifadəsini məhdudlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu