23 C
Baku
4 Oktyabr 2024, 15:24
Baş xəbərDünya

Çay daşdı: 15 nəfər öldü

İranın Kirman əyalətinin Ciroft rayonunda leysan yağışların səbəb olduğu sel nəticəsində əksəriyyəti Əfqanıstan vətəndaşı olan 15 nəfər həyatını itirib. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kirman vilayətinin Qızıl Aypara sədri Rza Fellah dünən baş verən sel fəlakəti ilə bağlı məlumat verib.

Dünən Ciroft rayonunda güclü yağış səbəbiylə çayın aşdığını, çayda olan insanların xilas edilməsi üçün işlərə başlanıldığını bildirən Fellah, “13 saatdan çox davam edən axtarış-xilasetmə işləri nəticəsində 15 nəfərin cansız bədəni tapılıb. Onlardan biri İran, 14-ü isə xarici ölkə vətəndaşıdır”.

Fellah qeyd edib ki, axtarış-xilasetmə işləri nəticəsində 2 nəfər xilas edilib.

Ciroft Rayon Qubernatoru Əhməd Bolendnazar çayda həyatını itirən insanların ailəlikcə yaxınlıqdakı bağda işlədiklərini və yuyunmaq üçün çaya getdiklərini və leysan yağışlar nəticəsində çayın daşması nəticəsində su altında qaldıqlarını bildirib.

Bolendnazar, həyatını itirənlərdən biri istisna olmaqla, hamısının Əfqanıstan vətəndaşı olduğunu bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna münaqişəsi ABŞ və Qərb müdafiə şirkətlərinin xeyrinədir – Rusiyanın yüksək rütbəli təhlükəsizlik rəsmisi

Bugün TV

Birja Saola qasırğası səbəbindən bağlandı

Bugün TV

Kemerovoda qocalar evində yanğın baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu