Paketli çay — rahat içki olsa da, bir çox yanlış məlumat yayılıb, xüsusilə onun ikinci dəfə dəmlənməsi ilə bağlı. Mütəxəssislər bildirir ki, çayın faydalı maddələri birinci dəmləmədə çıxır, ikinci dəmləmə zamanı isə:
- Faydalı maddələr azalır: Antioksidantlar, vitaminlər və tərkibindəki efir yağları ikinci dəmləmədə xeyli zəifləyir.
- Bakteriya riski artır: Çay paketini nəm və isti saxladıqda üzərində bakteriya və göbələk əmələ gələ bilər.
- Zərərli maddələr çıxa bilər: Aşağı keyfiyyətli çayda pestisidlər və ağır metallar ikinci dəmləmədə daha çox suya keçir.
- Dad və aroma itir: İkinci dəmləmə çayın ləzzətini xeyli azaldır.
Mütəxəssislər tövsiyə edir ki, yüksək keyfiyyətli çayı bir saat ərzində ikinci dəfə dəmləmək mümkündür, amma dad və fayda azalacaq. Sağlamlıq üçün daha yaxşısı yüksək keyfiyyətli yarpaq çayı istifadə etmək və ya paket çayı yalnız bir dəfə dəmləməkdir.
Mənbə: mail.ru
