Hadisəİdman

Çempion bodibilder yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi

Bugun.tv xəbər verir ki, Rusiya çempionu və Ryazan vilayətinin Bodibildinq Federasiyasının prezidenti İrina Boqrunova Moskvadakı Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, bodibilder şəxsi avtomobilində siqaret yandırmağa çalışıb. Lakin əsən külək alışqan alovunu Boqrunovanın saçına göndərib. İdmançı üz, boyun və qollarından ağır yanıq xəsarətləri alıb.

Hadisə paytaxtın Stroqino rayonunda baş verib. Boqrunovanın vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.

41 yaşlı Boqrunova bodibildinq və bench press üzrə idman ustasıdır. Peşəkar karyerasını bitirdikdən sonra rus qadın məşqçilik və bodibildinqi populyarlaşdırdı.

Mənbə lenta.ru

Könül Kərimova

Oxşar xəbərlər

Sərnişin qatarı lokomotivlə toqquşdu: 8 nəfər yaralandı

Aynur Camal

Okinavada ABŞ hərbçisinin həbsi Yaponiyada narazılıq yaratdı

Aynur Camal

Park yeri mübahisəsi qanlı nəticələndi: 12 yaşlı qız öldürüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu