Ötən xəbərə görə, İngiltərənin Liverpul şəhərində avtomobil Premyer Liqa çempionluğunu qeyd edən azarkeşlərin üzərinə sürmüşdü. Dəhşətli hadisə nəticəsində 50-dən çox insan yaralanmışdı. Nəqliyyat vasitəsinin sürücüsünün 53 yaşlı ingilis olduğu və narkotik maddənin təsiri altında sürücülük etdiyi ortaya çıxıb. Məlumata əsasən, həmin şəxs sürücülük hüququndan məhrum edilib. Və adam öldürməyə cəhd, təhlükəli sürücülük və sürücülükdə şübhəli bilinərək həbs edildiyi öyrənilib. Bununla belə, İngiltərə polis rəsmisi belə bir hadisənin baş verəcəyinə dair heç bir kəşfiyyat məlumatının olmadığını və hadisənin terror hesab olunmadığı araşdırılıb. Zərər verənin bunu qəsdən etmədiyi, Water Street-ə çatmaq üçün təcili yardım maşınını izlədiyi zaman baş verdiyi deyilib.
TERROR HÜCUM?
Sims, geniş miqyaslı tədbirlərdə bütün gözlənilməz hallar üçün planlar qurduqlarını və bu planlara piyadaları qorumaq üçün yolların bağlanması və gün ərzində silahlı polisin olmasını ehtiva etdiyini vurğulayıb: “Bu tip insidentin baş verəcəyi ilə bağlı heç bir kəşfiyyat məlumatı yox idi və əvvəllər də qeyd etdiyimiz kimi, hadisə terror hesab edilmir”.
Hadisə nəticəsində yaralanan və xəstəxanada müalicə alan 11 nəfərin vəziyyətinin stabil olduğunu bildirən Sims, “Onların hamısının stabil olduğunu və yaxşı göründüyünü söyləməkdən məmnunam” deyib.
Hadisədən sonra 50-dən çox adamın müalicə üçün xəstəxanaya aparıldığını da bildirən Sims, yaralılara sürətli müdaxilə etdikləri üçün təcili yardım xidmətlərinə təşəkkür edib.
Şübhəli hələ də həbsdədir
Baş nəzarətçi Karen Jaundrill də avtomobillə camaatın içərisinə girən şəxsin hələ də polis nəzarətində olduğunu ifadə edərək, “Qətl etməyə cəhd, təhlükəli avtomobil sürmək və narkotik vasitə ilə zəifləyərkən avtomobil idarə etmək şübhəsi ilə West Derbydən 53 yaşlı bir kişini həbs etdik” deyib.
Jaundrill, şübhəlinin hələ də həbsdə olduğunu və sorğu-sual edildiyini bildirdi.
NƏ OLMUŞDU?
İngiltərənin Liverpul şəhərində Premyer Liqa çempionluğunu qeyd edən azarkeşlərin paradı zamanı avtomobil izdihamın üstünə çıxıb. Liverpool Futbol Klubunun Premyer Liqa çempionluğunu qeyd edən minlərlə azarkeş şəhərin küçələrini doldurub.
Azarkeşlərin toplaşdığı parad zamanı avtomobilin piyadaların üstünə keçməsindən sonra hadisəyə polis müdaxilə edib. Mersisayd Polisindən verilən ilk yazılı açıqlamada hadisə yerinə gələn polis qruplarının hadisəyə qarışan avtomobili saxladığı və bir nəfərin nəzarətə alındığı bildirilib.
Daha sonra yenilənmiş açıqlamada, Polis sözçüsü Liverpulda bir avtomobilin bayram edən azarkeşlərin üzərinə sürdükdən sonra “53 yaşlı ağdərili İngilis kişi”nin nəzarətə alındığını açıqlayıb. Sözçü bu şəxsin nəqliyyat vasitəsinin sürücüsü olduğuna inandıqlarını və hadisənin “terror” hesab olunmadığını bildirib. Təcili yardım xidməti hadisə zamanı 47 nəfərin yaralandığı barədə də məlumat paylaşıb.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə bir avtomobilin azarkeş kütləsinin üzərinə sürdüyü və çoxlu sayda insanın yaralandığı görünür. Bundan əlavə, görüntülərdə sürücü nəzarətə götürülərkən pərəstişkarların avtomobili mühasirəyə alması və fanatların sürücüyə hücum etməyə çalışdığı əks olunub.
Mənbə: Ahaber