24 C
Baku
20 Sentyabr 2026, 12:42
Baş xəbərDünya

Çexiyanın ali məktəblərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək

Çexiyada ali məktəblərin rektorları və Təhsil Nazirliyi universitetlərdə təhlükəsizliyin gücləndirilməsi strategiyasını müzakirə edəcəklər.

Bugun.tv xəbər verir ki, artıq 2024-cü il yanvarın 3-də Çexiyanın təhsil naziri Mikulaş Bek tədris müəssisələrində təhlükəsizliyin gücləndirilməsinə dair strategiyanı müzakirə etmək üçün universitetlərin rektorları ilə görüşəcək.

Nazir “Çexiya televiziyası”nın efirində bildirib ki, lazımi tədbirlərin tətbiq edilməsi məqsədilə ali məktəblərə metodiki və maliyyə yardımı göstəriləcək. Mikulaş Bekın fikrincə, tələbələrin və müəllimlərin psixoloji dəstəyinə də diqqət yetirilə bilər.

Qeyd edək ki, dekabrın 21-də kütləvi qatil Praqa Karl Universitetinin filologiya fakültəsinin binasında atəş açaraq 14 nəfəri öldürüb, daha iyirmi beş nəfəri yaralayıb.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu