Digər

Ceyhun Bayramov İrəvanı danışıqlar masasına qayıtmağa çağırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin nəticəsiz qalması ilə bağlı onlayn diplomatiyanı tənqid edib və İrəvanı danışıqlar masasına qayıtmağa çağırıb.

“İndi bizdə üzbəüz görüşlər elementi yoxdur. Lakin prosesi tam öldürməmək üçün Azərbaycan tərəfi şərh almaqdan və göndərməkdən imtina etmir. Mən onlayn diplomatiya dedikdə bunu nəzərdə tuturdum. Yəni sadəcə şərhlərin yönləndirilməsi var. Sülh müqaviləsi layihəsinin müzakirəsində bunu ən məhsuldar ünsiyyət üsulu hesab edirikmi? Mən belə düşünmürəm”.

Bugun.tv xəbər verir ki, bunu Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Bayramov vurğulayıb ki, son altı ayda danışıqlarda heç bir irəliləyiş olmadığını söyləmək düzgün olmaz. “Bir qədər irəliləyiş var. Amma daha çox nəticəyönümlü olsaydıq,  daha yaxşı nəticə əldə edə bilərdik. Mən düşünürəm ki, Ermənistan tərəfi nəhayət ki, mövcud vəziyyətə belə yanaşmanın qeyri-adekvatlığını anlayacaq və danışıqlar masasına qayıdacaq. Azərbaycan tərəfi buna hazırdır”, – deyə o əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Aynur Camal

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu