Dünya

ChatGPT-də süni intellekt köməkçiləri yaradıldı

Bugun.tv xəbər verir ki, OpenAI şirkəti biznes qurumlarına ChatGPT vasitəsilə müştərilərlə ünsiyyət qurmağa imkan verən yeni xidmətini — Businesses in ChatGPT sistemini beta sınaq mərhələsində istifadəyə verib.

“Hi-Tech Mail” nəşrinin məlumatına görə, yenilik şirkətlərə öz fəaliyyətləri barədə məlumatları ChatGPT-də idarə etməyə, məhsul və xidmətlərini tanıtmağa, həmçinin müştərilərin suallarını cavablandıran xüsusi süni intellekt köməkçiləri yaratmağa imkan verir.

Sistemə daxil olan Business Hub vasitəsilə şirkətlər öz profillərini təsdiqləyə, məhsulların qiymət və mövcudluğu barədə məlumatları yeniləyə, istifadəçilərin maraqları və sayta keçidləri haqqında ümumiləşdirilmiş göstəriciləri izləyə biləcəklər.

Business Agent adlanan süni intellekt köməkçiləri isə müştərilərə məhsulları müqayisə etmək, xidmətlər barədə əlavə məlumat almaq və seçim etməkdə yardım göstərəcək. Bu funksiya ilkin mərhələdə ABŞ-da fəaliyyət göstərən uyğun onlayn mağazalar və xidmət şirkətləri üçün əlçatandır.

OpenAI bildirir ki, yeniliyin gələcəkdə daha çox ölkə və biznes sahəsini əhatə etməsi planlaşdırılır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Etirazçılar Ursula fon der Lyayenin kortejinə yumurta və tərəvəz atdılar

Aynur Camal

Ukrayna ilk indoneziyalı hərbi əsiri ələ keçirdiyini açıqladı

Aynur Camal

Hörmüz boğazında gəmilərə hücumlar neft qiymətlərinin artmasına səbəb olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu