Baş xəbərTexnologiya

ChatGPT həkimlərdən 10 dəfə daha sürətli hesabatlar hazırlayır

Bugun.tv xəbər verir ki, alimlər müəyyən ediblər ki, tibbi hesabatı, ChatGPT süni intellekt proqramı həkimlərdən təxminən 10 dəfə tez hazırlayır.

İsveçli və İsveçrəli tədqiqatçılar ChatGPT və işçi qüvvəsini sürət və ardıcıllıq baxımından müqayisə edən 6 istiqamətdə araşdırma aparıblar.

Araşdırmaya görə, 2 ortoped cərrahın hazırladığı xəstəxanadan buraxılış vərəqləri həkimlər və ChatGPT tərəfindən doldurulub. Həkimlərin əl ilə hazırladıqları hər hesabat üçün orta hesabla 27,8 dəqiqə, ChatGPT-la isə 2,9 dəqiqə vaxt sərf etdikləri müəyyən edilib.

Şirkət artıq 1000 real xəstənin tibbi qeydlərini ehtiva edən daha əhatəli süni intellekt testi üzərində işə başladıqlarını bildirib. Süni intellektlə irəliləyişlər sayəsində tibb işçilərinin inzibati yükü azalacaq. Bu yolla həkimlər öz xəstələrinə daha çox vaxt ayıra biləcəklər.

Ümumilikdə isə, süni intellektli söhbət köməkçisi ChatGPT-ni inkişaf etdirən OpenAI-nin illik gəliri 1,6 milyard dolları keçib.

Teymur Əziz

Oxşar xəbərlər

İki avtomobil toqquşdu: 9 yaralı var

İntizar Əmirova

Bakı şəhər DYP İdarəsinin mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏTİ

Aynur Camal

Bayden prezident seçkiləri kampaniyasının ilk mitinqində Trampı hədəfə aldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu