13 C
Baku
20 Aprel 2026, 22:46
Digər

ChatGPT-nin bazar payı azalır: Gemini və Claude sürətlə irəliləyir

ChatGPT-nin populyarlığı azalır, çünki Gemini və Claude bir çox tapşırıqlarda daha yaxşı nəticələr göstərməyə başlayıb. Süni intellekt bazarında lider olan ChatGPT tədricən istifadəçi payını itirir.

Similarweb məlumatlarına görə, 2026-cı ilin mart ayında ChatGPT dünya üzrə AI xidmətləri arasında veb trafikinin 56,72%-nə sahib olub. Bu göstərici ötən il 77,43% idi. Son üç ayda da azalma qeydə alınıb — 63,19%-dən 56,72%-ə düşüb.

Bu müddətdə rəqiblər isə əksinə, sürətlə güclənir. Google-un Gemini modeli hazırda 25,46% payla ikinci yerdədir. Bir il əvvəl bu rəqəm 6% idi, üç ay əvvəl isə 22,59% təşkil edirdi. Artımın əsas səbəbləri arasında Gemini 3 modellərinin inkişafı, Nano Banana adlı şəkil alətinin populyarlığı və Google xidmətləri ilə dərin inteqrasiya göstərilir.

Üçüncü yerdə Anthropic şirkətinin Claude modeli qərarlaşıb. Onun bazar payı ilin əvvəlində 2,22% olduğu halda, mart ayına qədər 6,02%-ə yüksəlib. Claude xüsusilə proqramlaşdırma və korporativ istifadə sahəsində populyarlıq qazanıb.

Digər platformaların göstəriciləri belədir:

  • DeepSeek — 3,74%
  • Grok — 3,44%
  • Copilot — 1,99%
  • Perplexity — 1,64%

İlon Maskın Grok modeli isə istifadəçi itirən platformalar arasındadır. Onun payı bir il ərzində 7,03%-dən 3,44%-ə enib.

Buna baxmayaraq, ChatGPT hələ də liderdir və OpenAI məlumatlarına görə, həftəlik təxminən 900 milyon aktiv istifadəçiyə malikdir. Lakin bazar göstəriciləri süni intellekt sektorunda rəqabətin sürətlə artdığını və liderlə digər platformalar arasındakı fərqin azaldığını göstərir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Belçika və Niderlanda etiraz edib: “Qarabağ”la bağlı qərarlar ləğv olundu

Aynur Camal

Təzyiqi azaltmağa kömək edən 4 qoz növü açıqlanıb

Aynur Camal

Trampdan İranla bağlı sərt xəbərdarlıq: “Razılaşma olmazsa, çoxsaylı bombalar tətbiq oluna bilər”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu