Digər

Trampdan İranla bağlı sərt xəbərdarlıq: “Razılaşma olmazsa, çoxsaylı bombalar tətbiq oluna bilər”

ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, əgər mövcud atəşkəs müddəti bitdikdən sonra tərəflər razılığa gələ bilməsə, Tehrana qarşı “çoxsaylı bombalar” tətbiq oluna bilər.

Tramp bu açıqlamanı PBS telekanalına müsahibəsində verib. ABŞ lideri danışıqların əsas məqsədinin İranın nüvə silahına malik olmasının qarşısını almaq olduğunu vurğulayıb. “Heç bir nüvə silahı. Bu çox sadədir. İran nüvə silahına sahib ola bilməz”, – deyə o qeyd edib.

Məlumata görə, aprelin 20-də Pakistan ərazisində ABŞ və İran nümayəndə heyətlərinin ikinci raund danışıqları planlaşdırılır. Tramp bildirib ki, Vaşinqtonun mövqeyi dəyişməzdir və müzakirələr yalnız bu məsələ ətrafında aparılır.

ABŞ Prezidenti həmçinin özünün Truth Social hesabında paylaşım edərək qeyd edib ki, İsrail onu İranla müharibəyə başlamağa təşviq etməyib. O əlavə edib ki, 2023-cü il 7 oktyabr tarixində Hamas tərəfindən İsrailə edilən hücumlar onun İranın nüvə silahı əldə etməməsi ilə bağlı mövqeyini daha da gücləndirib.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında müvəqqəti atəşkəs 8 aprel tarixində razılaşdırılıb və onun müddəti 21 aprel tarixində başa çatır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu