Məhəmməd Əsədullazadə, kürd layihəsi, Yaxın Şərq, Türkiyə, ABŞ, Suriya, İraq, geosiyasi proseslər
Texnologiya

Çili Apple şirkətinə qarşı 80 milyon dollarlıq cərimə tələb etdi

Çilinin İqtisadi Rəqabət üzrə Milli Prokurorluğu Apple şirkətini iOS əməliyyat sistemi üzərindən tətbiq və rəqəmsal məhsulların satışında rəqabəti məhdudlaşdırmaqda ittiham edib.

Bugun.tv xəbər verir ki, qurum şirkətə qarşı ölkənin Rəqabətin Müdafiəsi Məhkəməsinə müraciət edərək 80 milyon dollardan artıq cərimə və bir sıra dəyişikliklərin tətbiqini tələb edib.

Araşdırmada Apple-ın iPhone istifadəçilərinin tətbiqləri yalnız App Store vasitəsilə yükləməsinə şərait yaratdığı, alternativ tətbiq mağazalarına və kənar ödəniş sistemlərinə məhdudiyyətlər qoyduğu bildirilib.

Prokurorluq şirkətin tətbiqdaxili alışlarda öz ödəniş sistemindən istifadəni məcburi etdiyini, eləcə də proqram hazırlayan şirkətlərin istifadəçiləri alternativ ödəniş üsullarına yönləndirməsinə mane olduğunu iddia edir.

Qurum Apple-dan üçüncü tərəf tətbiq mağazalarının istifadəsinə, alternativ ödəniş sistemlərinə və qiymət məlumatlarının sərbəst paylaşılmasına imkan yaradılmasını istəyir.

Tələblərin qəbul edilib-edilməyəcəyinə məhkəmə qərar verəcək. Apple-a qarşı irəli sürülən iddialar hələ məhkəmə tərəfindən təsdiqlənməyib.

Mənbə:  fne.gob.cl

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: işçilərin 13 faizi süni intellektlə əvəz oluna bilər

Aynur Camal

AFP-nin məzmun platforması kiberhücumdan sonra bağlanıb

Aynur Camal

Daşqınları daha dəqiq proqnozlaşdırmağa imkan verən yeni üsul hazırlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu