Baş xəbərDünya

Çin ABŞ ilə birbaşa uçuşların sayını artırmağı planlaşdırır

Çinin Baş Mülki Aviasiya İdarəsi 2024-cü ildə ABŞ-a birbaşa uçuşların sayını artırmağı planlaşdırır.

Bugun.tv xəbər verir ki, bu barədə idarənin saytında bildirilib.

“Biz 2024-cü ildə Çin ilə ABŞ arasında birbaşa uçuşların sayını əhəmiyyətli dərəcədə artırmaq üçün çalışacağıq”, – deyə qeyd olunub.

Rəsmi məlumatlara görə, hazırda Çin və ABŞ arasında müntəzəm birbaşa sərnişin reyslərinin sayı həftədə 63-ə çatıb.

Hesabatda deyilir ki, Çin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ölkələrlə hava hüququ sazişlərini fəal şəkildə genişləndirəcək və Mərkəzi Asiya, Yaxın Şərq və Afrika regionları ilə əməkdaşlığı dərinləşdirəcək.

Bugün TV

Oxşar xəbərlər

Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham edir

Aynur Camal

UEFA FİFA-nı boykot etməyə hazırlaşır – Dünya Kubokunun satışı planına etiraz

Aynur Camal

Ukraynaya yenidən genişmiqyaslı hava hücumu həyata keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu