Digər

Çin ABŞ və Rusiya ilə nüvə tərk-silahı üzrə danışıqlara qoşulmayacaq

Bugun.tv Sinxua agentliyinə istinadla xəbər verir ki, XİN rəsmisi bu sözləri mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Moskvanın nüvə arsenallarının azaldılması ilə bağlı müzakirələr aparıldığı və Amerika liderinin Çinin bu prosesdə iştirakına ümidvar olması barədə son bəyanatı ilə bağlı suala cavab olaraq deyib. Çin diplomatının fikrincə, dünyanın ən böyük nüvə arsenalına malik ölkəsi nüvə tərk-silahına dair üzərinə götürdüyü xüsusi və əsas öhdəlikləri ciddi şəkildə yerinə yetirməli, bu məsələdə radikal və əsaslı ixtisarları davam etdirməli, prosesin tam və hərtərəfli reallaşması üçün şərait yaratmalıdır. O əlavə edib: “Çinin nüvə potensialı heç bir halda ABŞ ilə eyni səviyyədə deyil. İki ölkənin nüvə siyasəti və strateji təhlükəsizlik situasiyaları tamamilə fərqlidir”.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu