19.4 C
Baku
13 May 2025, 23:45
Texnologiya

Çin hidrogenlə işləyən ilk sərnişin qatarını sınaqdan keçirdi

Bugun.tv xəbər verir ki, Çin hidrogenlə işləyən ilk sərnişin qatarını uğurla sınaqdan keçirib. Bu nəqliyyat vasitəsi yanacaq hüceyrəsindəki hidrogen və oksigen arasındakı kimyəvi reaksiya nəticəsində elektrik enerjisi istehsal edir. Nəticədə qatar elektrik mühərriki vasitəsilə hərəkət keçir. Bu nəqliyyat vasitəsi çox sakit, ekoloji cəhətdən isə təmizdir. Ən böyük üstünlüklərindən biri hidrogen yanacaq elementlərinin su buxarından başqa heç bir zərərli emissiya yaratmamasıdır.

Qatar 1000 km məsafəsi və saatda 160 km maksimal sürətlə gedir. İstifadə olunan  hidrogen sistemi güclü və uzunmüddətli enerji mənbəyi təklif edir. Sınaq məlumatları hər kilometrə cəmi 5 kilovat-saat orta enerji sərfiyyatını göstərir. Qeyd edək ki, o artıq ekstremal temperaturlarda ​​performans, vibrasiyaya davamlılıq, elektromaqnit uyğunluğu və yanğın təhlükəsizliyi baxımından sınaqlardan uğurla keçib.

Bugün TV

Oxşar xəbərlər

Yerin nüvəsində sıxılmış maye dəmir burulğanları ola bilər

Teymur Əziz

BDU-nun iki komandası “TEKNOFEST-2023″ün qalibi oldu

Teymur Əziz

“X” dairə funksiyasını silir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu