Image default
Dünya

Çin səhrada ABŞ hərbi gəmisinin tamölçülü maketini inşa etdi

Bugun.tv xəbər verir ki, Çin Sincan-Uyğur Muxtar Rayonundakı Taklamakan səhrasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Arleigh Burke sinifli idarəolunan raket esminesinin tamölçülü maketini inşa edib.

Məlumata görə, obyekt peyk görüntüləri vasitəsilə aşkar edilib. Hərbi ekspertlər hesab edirlər ki, bu maket Çin ordusunun gəmi əleyhinə ballistik və hipersəs raketlərini daha real şəraitdə sınaqdan keçirməsi məqsədi daşıyır. Əvvəlki illərdə eyni ərazidə ABŞ aviadaşıyıcıları və digər hərbi gəmiləri təqlid edən hədəflər də müşahidə olunmuşdu.

Bildirilir ki, yeni maket əvvəlkilərdən fərqli olaraq tam üçölçülü konstruksiyaya malikdir. Onun üzərində gəminin üst quruluşu, radar əksini imitasiya edən elementlər və müxtəlif sensorlar quraşdırılıb. Bu isə raketlərin hədəfi aşkar etmə və tuşlama sistemlərinin real döyüş şəraitinə yaxın mühitdə yoxlanılmasına imkan yaradır.

Ekspertlərin fikrincə, Çin bu cür hədəflərdən DF-21DDF-26 kimi gəmi əleyhinə ballistik raketlərin, eləcə də hipersəs silahlarının sınaqlarında istifadə edir. Hədəflərin bir hissəsi rels sistemi üzərində hərəkət etdirilir ki, bu da dənizdə üzən hərbi gəmilərin manevrlərini imitasiya etməyə şərait yaradır.

Analitiklər hesab edirlər ki, bu addım Çin və ABŞ arasında hərbi-texnoloji rəqabətin daha da gücləndiyini göstərir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Volkswagen günəş elektrik stansiyasında qazonbiçənləri qoyunlarla əvəz etdi

Aynur Camal

Trampın Hörmüz boğazı ilə bağlı qərarı neft qiymətlərini kəskin bahalaşdırdı

Aynur Camal

Fin jurnalist: Finlandiya 80 ildən artıqdır Rusiya ilə mümkün müharibəyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu