Baş xəbərDünya

Çin transmilli şirkətləri sərmayə qoymağa çağırır

Çin Baş nazirinin müavini He Lifeng transmilli şirkətləri Çinə investisiyalarını artırmağa çağırıb.

Çin Baş nazirinin müavini He Lifeng tanınmış transmilli şirkətlərin rəhbərləri ilə görüşüb. Görüş zamanı dünyada və Çində iqtisadi vəziyyət, Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığı, Çinə investisiyaların artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

O, Çin iqtisadiyyatının böyük potensiala və canlılığa malik olduğunu qeyd edərək, “Biz transmilli şirkətləri Çinə investisiyalarını artırmağa və inkişaf imkanlarını paylaşmağa dəvət edirik” deyib.

Görüş zamanı şirkət rəhbərləri də Çin bazarına böyük əhəmiyyət verdiklərini, Çinin iqtisadi inkişaf perspektivlərinə nikbin baxdıqlarını və Çinlə uzunmüddətli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən küləkli şəhərinə uçuş niyə bu qədər çətindir

Aynur Camal

Çində minlərlə dollara çəkilən film gözlənilmədən kino hitinə çevrildi

Aynur Camal

Tramp Kim Çen Inla görüşəcək? Şimali Koreyadan gözlənilməz addım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu