Baş xəbərKriminal

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində evlərin birində 45 yaşlı Rahib Telman oğlu Mehdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Bugun.tv -yə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, R.Mehdiyevin ögey oğlu 21 yaşlı Elgün Nəbi oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh yazın