12 C
Baku
25 Aprel 2025, 6:20
Baş xəbərDünya

Çindən təəccüblü layihə: Sualtı kosmik stansiyası

Çin alimləri Cənubi Çin dənizini araşdırmaq üçün ekipajlı “sualtı kosmik stansiya” inşa etdiklərini açıqlayıblar. Layihənin 2030-cu ildə istifadəyə veriləcəyi bildirilib. Çin Cənubi Çin dənizində 2 min metr dərinlikdə yerləşəcək “sualtı kosmik stansiyası” layihəsini təsdiqləyib. Bildirilib ki, tədqiqat stansiyası təqribən 2030-cu ildə istifadəyə veriləcək və metanhidrat və nadir mineralların kəşfi üçün istifadə olunacaq.

Çin Elmlər Akademiyasının Cənubi Çin Dənizi Okeanoqrafiya İnstitutu layihənin Honq-Konqun şimal-qərbindəki Quançjou liman şəhərində həyata keçirildiyini və beş il ərzində “Soyuq Sızma Ekosistemi Tədqiqat Qurumu”nun tikintisini başa çatdırmağa ümid etdiklərini bildirib.

Cənubi Çin Dənizi Okeanoqrafiya İnstitutunun direktoru və layihənin rəhbəri Li Çaolun, “Obyektə insanlı kosmik missiyalar və dərin dəniz sualtı qayıqları, eləcə də mədən əməliyyatlarından əldə edilən həyatı təmin edən sistemlər daxildir. Bu, alimlərə su altında nisbətən rahat mühitdə 30 günə qədər işləməyə imkan verir” deyib.

Tədqiqatçılar tərəfindən “dənizaltı kosmos stansiyası” adlandırılan bu struktur xüsusilə “soyuq bulaqlar” olaraq bilinən dəniz dibindən çıxan axınları araşdırmaq üçün nəzərdə tutulub.

Kvant rabitəsində dünya rekordu qırıldı

Çinli alimlərin rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupu, peyk vasitəsilə Çin və Cənubi Afrika arasında 12 min 900 metr məsafədən kvant rabitəsi həyata keçirərək bu sahədə rekord qırıb. Çin Texnologiya və Elm Universitetinin tədqiqatçıları Jinan-1 texnoloji sınaq peykindən istifadə edərək, Çindəki yer stansiyasından Cənubi Afrikadakı yer stansiyasına qədər real vaxt rejimində kvant açarlarının paylanması (QKD) həyata keçirməyə müvəffəq olublar.

Nəticələri “Nature” jurnalında dərc edilən təcrübədə tədqiqatçılar şifrlənmiş siqnalları 12 min 900 kilometr uzaqlığa köçürüb və dünyanın ən uzun məsafəli təhlükəsiz kvant rabitəsinə nail olublar.

Təcrübə qlobal miqyasda təhlükəsiz kvant rabitəsi potensialını nümayiş etdirdiyi üçün yenilikçi hesab olunur.

Çin Texnologiya və Elm Universitetinin tədqiqatçıları 2022-ci ildə 833 kilometr fiber optik kabel üzərində kvant açarı paylanması həyata keçirərək bu sahədə rekord qırıblar.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İlk internet saytının ictimaiyyətə açılmasından 33 il keçir

Aynur Camal

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Kəmalə Sultan

“Kilidləri açacaq bütün açarlar içimizdə gizlidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu