23 C
Baku
10 Sentyabr 2026, 22:56
Digər

Çində 125 milyon il əvvələ aid dinozavrın qalıqları tapıldı

Bugun.tv xəbər verir ki, təxminən 125 milyon il əvvəl yaşamış pişik boyda məməlinin dinozavrlara hücumu anını göstərən hər iki canlının demək olar ki, bütün qalıqlarını ehtiva edən fosil tapılıb.

CNN xəbərlərində, Təbaşir (təbaşir) dövründə yaşadığı düşünülən və pişik boyda porsuq kimi görünən Repenomamus Robustus adlı məməlinin, ölçüsündən üç dəfə böyük olan ot yeyən dinozavr Psittacosaurusa hücum etdiyi bildirilb.

Fosildə Psittacosaurusun sol ön pəncəsi ilə R.Robustusun alt çənəsini tutduğu, sol arxa pəncəsinin dinozavrın arxa ayağından tutduğu, məməli dişlərinin isə ovunun qabırğalarına girdiyi görülür.

Tədqiqatın müəlliflərindən biri, Kanada Təbiət Muzeyindən paleobioloq Cordan Mallon tapıntının məməlilərin dinozavrlara hücum edə bilməyəcəyi fikrini yanlış sayıb.

“Buradakı məməli öz dövrünün ən böyük məməlilərindən biri idi və pişik ölçüsündə idi. Əvvəlki fikir böyük dinozavrların kiçik məməliləri yediyi idi. Tapıntı bu mənzərəni əks etdirir. Görünür, bu məməlilər ac olanda daha böyük dinozavrlara üstün gələ biliblər”, – Mallon əlavə edib.

Psittacosaurusun o dövrdə bölgədə çox rast gəlinən kiçik, dimdikli, qoyun boylu bir dinozavr olduğunu bildirən Mallon, iki canlının döyüşərkən vulkan püskürməsindən sonra anidən gələn palçıq selində ölmüş ola biləcəklərini bildirib.

Araşdırma Scientific Reports jurnalında dərc olunub.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu