Texnologiya

Çində dünyanın ilk “Robot 6S” mərkəzi istifadəyə verildi

Çində robot texnologiyalarının inkişafı istiqamətində yeni addım atılıb. Ölkənin Şençjen şəhərində dünyanın ilk “Robot 6S” mərkəzi fəaliyyətə başlayıb.

Bugun.tv xəbər verir ki, yeni mərkəz avtomobil sənayesində istifadə olunan 4S modeli (satış, ehtiyat hissələri, servis və məlumat xidməti) əsasında yaradılıb. Robot sənayesinə uyğunlaşdırılan yeni konsepsiyaya icarə (Leasing) və fərdiləşdirmə (Customization) xidmətləri də əlavə olunaraq “6S” modeli formalaşdırılıb.

Mərkəzdə humanoid robotlar, xidmət robotları və sənaye robotları nümayiş etdirilir. Burada müştərilər robotları satın ala, icarəyə götürə, texniki xidmət və proqram təminatı yenilənməsi əldə edə, həmçinin sifariş əsasında fərdi xüsusiyyətlərə malik robotların hazırlanmasını sifariş edə biləcəklər.

Layihənin məqsədi robot istehsalçıları, tədqiqat şirkətləri və istifadəçiləri vahid platformada bir araya gətirərək robotların hazırlanması, satışı və sonrakı xidmətlərini tam həyat dövrü üzrə təşkil etməkdir. Mərkəzin robot texnologiyalarının kommersiyalaşdırılmasını sürətləndirəcəyi və süni intellekt əsaslı məhsulların gündəlik həyata inteqrasiyasını asanlaşdıracağı gözlənilir.

Şençjen son illərdə Çin hökumətinin süni intellekt və robot texnologiyaları üzrə əsas innovasiya mərkəzlərindən birinə çevrilib və yeni 6S mərkəzi də bu strategiyanın mühüm hissəsi hesab olunur.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Əczaçılıq şirkətləri xərçəng dərmanlarının hazırlanmasını kosmosda sınaqdan keçirir

Aynur Camal

Avropa İttifaqında Google Gemini ilə bağlı müəllif hüquqları müzakirəsi gündəmə gəlib

Aynur Camal

Çin şirkəti Almaniyanın MediaMarkt və Saturn mağazalarının sahibini alır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu