Image default
Texnologiya

Çində insanabənzər robotların icarəsi artır, lakin texnologiyanın məhdudiyyətləri qalır

Bugun.tv xəbər verir ki, Çində insanabənzər robotlara maraq sürətlə artsa da, mütəxəssislər onların hələ də gündəlik işlərdə insan əməyini əvəz edə bilmədiyini bildirirlər. Bu barədə CNN geniş araşdırma yayımlayıb.

Məqalədə qeyd olunur ki, Çinin Hançjou şəhərində fəaliyyət göstərən sahibkar Ay Lin ötən il ilk insanabənzər robotunu 30 min dollara alaraq onu icarəyə verməyə başlayıb. Hazırda robotlar sərgilərdə ziyarətçilərin diqqətini cəlb etmək, müxtəlif tədbirlərdə iştirak etmək və hətta evlilik təklifləri zamanı istifadə olunur. Bir robotun gündəlik icarə haqqı təxminən 3 min yuan (443 ABŞ dolları) təşkil edir.

Bununla yanaşı, sahibkar bildirib ki, hazırkı robotlar müstəqil fəaliyyət göstərə bilmədikləri üçün onları daha çox “böyük oyuncaqlar” adlandırmaq olar. Robotların işləməsi üçün hələ də operatorların nəzarətinə və proqramlaşdırılmasına ehtiyac duyulur.

Buna baxmayaraq, Çin hökuməti insanabənzər robot texnologiyalarını strateji istiqamət hesab edir və bu sahəyə milyardlarla dollar sərmayə yatırır. Pekin ilin sonunadək robotların 100-dən çox real tətbiq sahəsində istifadəsini hədəfləyir.

Analitiklərin fikrincə, Çin istehsal gücü və aşağı maya dəyəri hesabına bu sahədə ABŞ və digər rəqiblərini qabaqlamağa çalışır. Bununla belə, robotların geniş istehsalat və məişətdə istifadəsi üçün texnologiyanın daha da təkmilləşdirilməsinə ehtiyac olduğu vurğulanır.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Meta sentyabrdan yeni nəsil süni intellekt çiplərinin istehsalına başlayacaq

Aynur Camal

İstidə ventilyatordan istifadə zamanı ən çox edilən səhvlər hansılardır?

Aynur Camal

Süni intellekt texnologiyaları Google, Amazon və Meta-nın iqlim hədəflərini təhlükə altına salır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu