12 C
Baku
25 Aprel 2025, 5:49
Baş xəbərMədəniyyət

“CinemaPlus” Dubayda keçirilən forumda Azərbaycanı təmsil etdi

Bugun.tv xəbər verir ki, “CinemaPlus” kinoteatrı Dubayda keçirilən və dünyanın çoxlu sayda ölkəsinin iştirak etdiyi 6-cı “META Cinema Forum”-da Azərbaycanı təmsil edib.

Forumda Hollivud və Avropa kinostudiyalarının ən yaxşı qapalı nümayişləri, son texnologiya və innovasiyaları təqdim olunub.

“META Cinema Forum” dünyada ən böyük kinokonvensiya hesab olunur. Tədbir çoxlu sayda regionları, layihələri, tərəfdaşları əhatə edərək, Yaxın Şərq, Afrika, Asiya və MDB ölkələrindən, eləcə də dünyanın hər yerindən studiyaların nümayəndələrinin iştirak etdiyi kino sənayəsi üçün ən mühim regional foruma çevrildi.

Azərbaycandan “META Cinema Forum”-da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Murat Camçı və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar dünyada öndə gedən film studiyaları ilə növbəti mövsümdə nümayiş olunacaq filmlər üçün müqavilələr imzalayıblar. Həmin şirkətlər arasında Universal Pictures, Sony Pictures, The Walt Disney Company, Paramount Pictures və Warner Bros. studiyaları yer alıblar. Bundan başqa nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla tanış olublar və onları təqdim edən şirkətlərin rəhbərləri ilə görüşlər keçirilib.

“CinemaPlus” öz tamaşaçılarına ən yaxşısını təqdim etmək üçün yeniliklərə davam edərək, bütün dünyada premyerası baş tutmuş filmləri eyni gündə Azərbaycanda olan kinosevərlərə də nümayiş edir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Əməliyyat olunan qadının qarnından boşqab boyda cərrahi alət çıxarıldı

Bugün TV

Prezident İlham Əliyevin Konqo Prezidenti ilə təkbətək görüşü oldu

Bugün TV

Azad edilmiş ərazidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var, araşdırma aparılır 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu