28 C
Baku
13 Sentyabr 2026, 20:28
Çində zəlzələ oldu
Digər

Çinin Şandun əyalətində 5,5 bal gücündə zəlzələ baş verib

Bugun.tv xəbər verir ki, Çinin şimalındakı Şandun əyalətində səhər saatlarında 5,5 bal gücündə zəlzələ baş verib.

Episentri vilayətin şərqindəki Dicou şəhərinin Pingyuen rayonunda olan zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb, 126 bina uçub.

Dövlət Şurası və Fövqəladə Hallar Nazirliyi zəlzələdən sonra 4-cü səviyyəli həyəcan vəziyyəti elan edib. Axtarış-xilasetmə və yardım işləri üçün bölgəyə qruplar göndərilib.

Zəlzələ səbəbindən Pekin və Tianjin şəhərlərindən və qonşu Hibey əyalətindən qatarların hərəkəti dayandırılıb.

Səlahiyyətlilər zəlzələ zamanı nəqliyyat, rabitə və elektrik infrastrukturuna heç bir ziyan dəymədiyini, neft və təbii qaz kəmərlərində heç bir sızma aşkar edilmədiyini bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu