16 C
Baku
27 Aprel 2025, 4:34
DünyaHadisə

Çinli alimlər zəhərə qarşı zəhər tapdılar

Bugun.tv xəbər verir ki, Çinin Sun Yat-sen Universitetində aparılan yeni araşdırmada, ən zəhərli göbələklərin mümkün panzəhəri tapılıb.

Alimlər ABŞ Federal Ərzaq və Dərman İdarəsi tərəfindən təsdiqlənmiş Clustered Regularly Interspaced Short Palindromic Repeats (CRISPR-Cas9) adlı genom üsulunun çəyirtkə göbələklərinin yaratdığı toksinləri zərərsizləşdirməyə qadir olduğunu öyrəniblər.

CRISPR-Cas9 DNT zəncirlərini kəsməyə və yenidən birləşdirməyə imkan verən üsul kimi tanınır. Bununla bakteriya və virusa yoluxmuş hüceyrələr genetik olaraq dəyişdirilir və dərmanlardan istifadə etmədən müalicəsi mümkün sayılır.

Verilən üsulla sınaqdan keçirilən siçanların 50 faizi sağ qalsa da, yoxlama aparılmayan siçanların yalnız 10 faizi ölməyib.

Bununla belə, tədqiqatçılar bildiriblər ki, inkişaf etdirdikləri metodun effekti yalnız real hallarda sınaqdan keçirildikdən sonra başa düşüləcək.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

1,9 milyon insan daşqın təhlükəsi ilə üzləşdi

Aynur Camal

Metro relsdən çıxdı

Aynur Camal

ChatGPT-də saxta xəbərlər yaydığı iddia edilən İran hesabları qadağan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu