23 C
Baku
18 Sentyabr 2026, 23:37
Digər

Çinlilər xüsusi kosmik aparatla Ayın səthinə endilər

Çin içərisində insan olan ilk Aya eniş aparatının sınaq uçuşunun uğurla başa çatdırdığını açıqlayıb.

Bugun.tv Çinin xəbər agentliyinə istinadla xəbər verir ki, sınaq ölkənin şimalındakı Hebey əyalətinin Huailai qraflığında yerləşən meydançada həyata keçirilib.

Məlumata görə, bu uğurlu sınaq Çinin müvafiq proqramında mühüm mərhələni təşkil edir. Bu, ölkənin ilk dəfə olaraq içərisində insan olan kosmik gəmisinin Ay səthinə enməsi və oradan qalxması imkanlarını sınaqdan keçirməsidir.

“Lanyue” adlı eniş aparatı iki hissədən – eniş və hərəkət modulundan ibarətdir. Yeni nəsil kosmik gəmi iki taykonavtı Ayın səthinə daşımaq və qaytarmaq üçün nəzərdə tutulub. Eyni zamanda, Ay səthinə bir rover və digər elmi avadanlıqlar da aparılacaq. Enişdən sonra aparat taykonavtlar üçün həyat dəstəyi, enerji təminatı və məlumat ötürülməsi funksiyalarını yerinə yetirəcək. Bu, onların Ay səthində qalmaları və elmi fəaliyyətləri üçün baza rolunu oynayacaq. Bildirilib ki, bu sınaq texniki baxımdan mürəkkəb və uzunmüddətli olsa da, uğurla həyata keçirilməsi Çin üçün əhəmiyyətli texnoloji irəliləyiş hesab edilir.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu