Baş xəbərDünya

Ciorcia Meloni: Rusiya-Ukrayna məsələsi İtaliyanın G7-yə sədrliyinin mərkəzində olacaq

İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bugun.tv xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, G7-yə sədrliyin İtaliyaya keçməsi çərçivəsində Ciorcia Meloni beynəlxalq liderlər arasında ilk telefon danışığını Volodimir Zelenski ilə aparıb.

Söhbət zamanı C.Meloni Ukrayna ərazisindəki son hadisələrin qurbanlarının ailələri və yaxınları ilə həmrəyliyini ifadə edib.

Baş nazir Rusiya-Ukrayna məsələsinin İtaliyanın G7-yə sədrliyi dövründə əsas müzakirə mövzusu olacağını deyib. İtaliyanın ədalətli və davamlı sülhə nail olunması, eləcə də bütün sahələrdə Ukrayna hakimiyyətinə davamlı dəstəyini təkrarlayıb.

Bugün TV

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu