Baş xəbərİqtisadiyyatSiyasətSosial

Çıxarışsız evi olanlara şad xəbər

Bugun.tv xəbər verir ki, vətəndaşların bələdiyyədən sərəncam yolu ilə aldıqları torpaq sahələrində tikilən evlərə çıxarış almaq hələ də problemdir.

Bu barədə ekspert Elnur Fərzəliyev televiziyalara müsahibəsi zamanı bildirib. O,deyir ki,“fərdi ev tikərkən torpağa çıxarış almalı və təyinatında yaşayış məntəqəsi  qeyd edilməlidir”.

Onun sözlərinə görə, vətəndaşlar bələdiyyədən  sərəncam yolu ilə aldıqları torpaq sahələri üzərində 100 minlərlə fərdi evlər inşa ediblər. Hazırda belə evlərə çıxarış alarkən problemlərlə rastlaşırlar.

“Bu problemin həlli ilə bağlı ölkə başçısının sərəncamı və tapşırıqları olub. Bu səlahiyyət yerli icra hakimiyyətlərinə verilib. İcra hakimiyyətləri ərazi üzrə monitorinqlər aparılmalı, sonra torpaqların təyinatı müəyyənləşdirilməlidir. Daha sonra isə digər təyinatlı torpaqlar üzərində tikilmiş fərdi yaşayış və digər təyinatlı əmlakların siyahısı aidiyyatı üzrə nazirlər kabinetinə yönəldilməlidir. Nazirlər kabineti isə torpağın təyinatı ilə bağlı müəyyən qərarlar verir”- E. Fərzəliyev bildirib.

 

Müxbir: İntizar Əmirov

Bugün TV

Oxşar xəbərlər

Kababın faydalı olması üçün ətin hansı hissləri seçilməlidi?

Aynur Camal

Kanada baş nazirinin çıxışı İsrailin etirazı ilə kəsildi

Aynur Camal

“İlham Əliyevin rəhbərliyi ilə əhaliyə göstərilən xidmətlərin keyfiyyəti və səviyyəsi gündən-günə yüksəlməkdədir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu