Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanında həcc mövsümünün yaxınlaşması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
Səudiyyə Ərəbistanı rəsmiləri həcc icazəsi olmadan Məkkəyə daxil olmağa çalışan şəxslərə qarşı nəzarəti sərtləşdirib. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, həcc ziyarətini yerinə yetirmək məqsədilə Məkkəyə qanunsuz yolla girməyə cəhd göstərən 5 nəfər saxlanılıb.
Bildirilir ki, Məkkəyə aparan əsas yollar üzərində nəzarət məntəqələri qurulub və şəhərə daxil olmaq istəyən şəxslərdən əvvəlcədən rəsmi icazə sənədi tələb olunur. Sənədi olmayanların şəhərə girişinə icazə verilmir.
Səudiyyə təhlükəsizlik orqanları həm havadan, həm də qurudan yoxlamaları davam etdirir. Saxlanılma anları pilotsuz uçuş aparatı vasitəsilə qeydə alınıb.
Rəsmi qurumlar bildirib ki, həcc mövsümü ərzində qanunsuz giriş cəhdlərinin qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndiriləcək.
Mənbə: Ensonhaber
