Bugun.tv xəbər verir ki, Donald Trump İranla bağlı Vaşinqtonun növbəti addımlarını müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüş keçirib.
Məlumata görə, iclas ABŞ prezidentinin Virciniya ştatındakı qolf klubunda baş tutub. Görüşdə ABŞ dövlət katibi J. D. Vance, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe və prezidentin xüsusi nümayəndəsi Steve Witkoff iştirak ediblər.
CNN-nin məlumatına əsasən, Donald Trampın yaxın günlərdə milli təhlükəsizlik rəsmiləri ilə daha bir toplantı keçirməsi gözlənilir.
Həmçinin məlumata görə, Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi də İranla bağlı mümkün hərbi əməliyyat planları hazırlayıb. Bildirilir ki, ABŞ prezidenti hərbi əməliyyatların bərpası barədə qərar verəcəyi təqdirdə istifadə oluna biləcək potensial hədəflər siyahısına İranın enerji və infrastruktur obyektləri də daxil edilib.
Qeyd edək ki, ABŞ və İran arasında gərginlik son aylarda Yaxın Şərqdə baş verən proseslər fonunda daha da artıb.
Mənbə: TASS
