ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şolzla telefon danışığında Ukrayna məsələsini müzakirə edib.
Məlumata görə, ABŞ prezidenti Co Baydenin diplomatik danışıqları davam edir.
Ukrayna və Rusiya arasında gedən müharibəni yaxından izləyən Co Bayden Almaniya kansleri Olaf Şolzla telefon danışığı aparıb.
Görüşdən sonra Ağ Evdən yazılı açıqlama yayılıb.
Paylaşılan açıqlamaya görə, iki lider arasında görüşün əsas mövzusu “Ukrayna” olub.
Görüş zamanı Bayden ABŞ-Almaniya əlaqələrinin möhkəmliyini vurğulayıb.
Bayden Almaniya ilə geosiyasi prioritetlər üzrə əməkdaşlığı davam etdirmək, o cümlədən Ukraynanın Rusiyaya qarşı müdafiəsini dəstəkləmək niyyətində olduğunu bildirib.
Mənbə: EnSonHaber