16 C
Baku
28 Mart 2024, 15:25
Baş xəbər

Çoxlu sayda ağac kəsilib

Bugün.tv DETX-nın məlumatına əsasən bildirir ki, təbiətə ümumilikdə 8580 manat məbləğində ziyan dəyib.

Beləki,  Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xətai rayonu, Sarayevo küçəsi, 22 saylı binanın arxasındakı ağacların kəsilməsi faktı aşkar edilib.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların avtodayanacaq salınması məqsədilə “Turan 97” Məhdud Məsuliyyətli Müəssisə tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 8580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Xidmət rəsmisinin sözlərinə görə, sözügedən ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.

Bugün TV

Oxşar xəbərlər

Zəlzələlərin dayaz olması dağıdıcılığı artırır

Aynur Camal

Döyüş təyyarəsi qəzaya uğradı

Aynur Camal

Yayda süd məhsullarını necə faydalı edək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu