Dünya

Dəhşətli qəza! Avtobus dərəyə uçdu

Pakistanın Gilgit Baltistan bölgəsində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində çoxlu insan həyatını itirib. Pakistanın Gilgit Baltistan bölgəsində, Karakorum şossesində səhər saatlarında sürücü sükanı itirib. Sərnişin avtobusu yoldan çıxaraq dərəyə uçub.

Xəbər verildikdən sonra hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib. Dəhşətli qəzada 20 nəfər həyatını itirərkən, yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Polis bildirib ki, Pəncab əyalətinin Ravalpindi şəhərindən Gilgit şəhərinə getmək üçün yola düşən avtobusda olan sərnişinlərin ümumi sayı hələlik məlum deyil.

Pakistanın Baş naziri Şahbaz Şərif açıqlamasında həyatını itirənlərə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb. Şerif səlahiyyətlilərə yaralılara hər cür tibbi yardım göstərməyi tapşırıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Albaniyada Cared Kuşnerlə əlaqələndirilən kurort layihəsinə qarşı kütləvi etiraz keçirilib

Aynur Camal

Rusiya ilə ABŞ arasında poçt və yük daşımaları bərpa olundu

Aynur Camal

Alimlər xəbərdarlıq edir: Hansı ərzaqları xilas etmək olar, hansıları isə dərhal atmaq lazımdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu