27 C
Baku
27 İyul 2024, 7:56
Dünya

Dəməşq 12 ildən sonra addım atıb

Səudiyyə Ərəbistanı diplomatik əlaqələrin bərpasından 12 il sonra Dəməşqə səfir təyin edib. Səudiyyə Ərəbistanının 12 ildən sonra Dəməşqə səfir təyin etdiyi bildirilib.

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, Feysəl bin Səud əl-Micfil Dəməşqə səfir təyin edilib. Mikfil təyinat üçün Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizə və vəliəhd şahzadə Məhəmməd bin Salmana təşəkkür edib.

Beləliklə, Mikfil Suriya ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasından sonra Dəməşqə təyin olunan ilk səfir olub.

Səudiyyə Ərəbistanı 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan təxminən bir il sonra Dəməşqdəki səfirliyini bağlamışdı.

Dəməşq rəhbərliyi 2023-cü il mayın 7-də Ərəb Liqasına qayıtmaq qərarına gəldikdən sonra Səudiyyə Ərəbistanı və Suriya diplomatik əlaqələrinin 9 may 2023-cü ildə bərpa olunduğunu açıqlayıb.

Suriyadakı Bəşər Əsəd administrasiyası da 11 ildən sonra 6 dekabr 2023-cü ildə Səudiyyə Ərəbistanına səfir təyin edib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Venesuela və Türkiyə əməkdaşlığı genişləndirir — Venesuela xarici işlər naziri

Bugün TV

“Paris Moskva və Kiyev arasında vasitəçi olduğunu iddia edə bilməz”

Nigar Məmmədova

186 illik tarixi məscid uçdu: 10 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu